NASDAQ (National Association of Securities Dealers Automated Quotations) — rəsmi bir redaksiyası olmayan dəzgah üstü birjalarda (OTC) əməliyyat görən qiymətli kağızlar üçün alqı-satqı qiymətlərinin göstərildiyi avtomatik məlumat şəbəkəsi olaraq Nyu-Yorkda qurulmuş özəl birjadır. 8 fevral 1971-ci ildə NASDAQ fond birjasının əsası qoyulmuşdur. Dünyanın texnoloji birjası olaraq qəbul edilir.

NASDAQ

NASDAQ indeksləri

redaktə

NASDAQ birjasında təkcə yüksək texnologiyalı şirkətlərin səhmləri siyahıya alınmır və buna görə də hər biri iqtisadiyyatın müvafiq sektorundakı vəziyyəti əks etdirən indekslərin bütöv bir sistem yaranıb. Hazırda NASDAQ birjasının elektron sistemində ticarət edilən qiymətli kağızların cari qiymətləri (kotirovkalara) əsasında on üç indeks mövcuddur.

Nasdaq Kompozit (ümumi fond indeksi)

redaktə

Nasdaq Kompozit indeksi NASDAQ birjasında bütün siyahıya alınmış şirkətlərin səhmləri daxildir (ümumi sayı 5000-dən çox). Bazar dəyərin hesablama üsulu: şirkətin səhmlərinin ümumi sayı bir səhmin cari bazar dəyərinə vurulur.[1]

Nasdaq-100 (fond indeksi)

redaktə

Nasdaq-100 fond indeksi kapitallaşma üzrə və səhmləri NASDAQ birjasında satılan 100 ən böyük şirkəti əhatə edir. İndeksə maliyyə sektorundakı şirkətlər daxil deyil.[2] 2021-ci ilə olan məlumata görə, Nasdaq-100 fond indeksin ümumi siyahısının 57%-i texnologiya şirkətləridir.[3] Nasdaq birjasında QQQ tikeri (səhm simvolu) altında olan fond Nasdaq-100 fond indeksin dinamikasını yüksək dəqiqliklə təkrar edir.[4][5]

Digər NASDAQ indeksləri

redaktə

NASDAQ Bank Index — bank sektorundakı şirkətlər üçün

NASDAQ Biotechnology Index — tibb və əczaçılıq şirkətləri üçün

NASDAQ Computer Index — kompüterlər üçün proqram təminatı və texniki təchizat hazırlayan şirkətlər üçün

NASDAQ Financial Index — banklar və sığorta şirkətləri istisna olmaqla, maliyyə sektorundakı şirkətlər üçün

NASDAQ Industrial Index — sənaye şirkətlər üçün

NASDAQ Insurance Index — sığorta şirkətləri üçün

NASDAQ Telecommunications Index — telekommunikasiya şirkətləri üçün.

İstinadlar

redaktə
  1. "Index Metology Nasdaq Composite" (PDF). indexes.nasdaqomx.com. 2021-01-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-12-16.
  2. "Five facts about the Nasdaq 100 index". morningstar.com.au. 2021-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.
  3. "Best Nasdaq 100 Brokers Guide". comparebrokers.co. 2021-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.
  4. "Invesco QQQ Trust, Series 1". nasdaq.com. 2019-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.
  5. "Q: Why Did QQQQ drop a Q to Become QQQ?". wsj.com. 2021-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.