Ancela Bricid Lensberi (ing. Angela Brigid Lansbury; 16 oktyabr 1925[1][2][…], Sent-Pankras[d], London, Birləşmiş Krallıq və ya London[4]11 oktyabr 2022[3], Los-Anceles, Kaliforniya[5]) — ABŞ-İngiltərə aktrisası, müğənni, prodüser və yazıçıdır.

Ancela Lensberi
ing. Angela Lansbury
Doğum adı Angela Brigid Lansbury
Doğum tarixi 16 oktyabr 1925(1925-10-16)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 11 oktyabr 2022(2022-10-11)[3] (96 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Həyat yoldaşı
  • Piter Şou[d] (19492003),
  • Roçard Kromvell[d] (19451946)
Fəaliyyəti səsləndirmə aktrisası[d], müğənni, film prodüseri, yazıçı, xarakter aktrisası[d], ssenarist, televiziya aktrisası, teatr aktrisası, kino aktrisası, televiziya prodüseri[d], aktrisa
Fəaliyyət illəri 1944–2022
Mükafatları "Britaniya imperiyası" ordeni "Britaniya imperiyası" ordeni dama-komandoru National Medal of Arts Kennedi Mərkəzinin fəxri mükafatı
Golden Globe Award for Best Supporting Actress – Motion Picture Golden Globe Award for Best Supporting Actress – Motion Picture
IMDb ID0001450
angelalansbury.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Üç dəfə Oskar mükafatına, on səkkiz dəfə Emmi mükafatına namizəd olub, altı dəfə Qızıl qlobus mükafatı laureatı olub və beş dəfə "Toni" yüksək Amerika teatr mükafatına layiq görülüb. 2013-cü ildə Lensberi yetmiş ildən artıq kinematoqrafın inkişafına göstərdiyi xidmətlərə görə, Fəxri Oskar mükafatına layiq görülüb.[6]. 2014-cü ildə dram incəsənəti və xeyriyyəçilik fəaliyyətinə görə, Britaniya İmperiyası Ordeni Xanım-Komandoru elan edilib.

Həyatı

redaktə

Ancela Bricit Lensberi aktrisa Moyna MakQill və biznesmen Edqar Lensberinin ailəsində anadan olmuşdur. Gələcək aktrisanın babası leyborist partiyasının lideri Corc Lensberi idi. İkinci dünya müharibəsi vaxtı anası və iki kiçik qardaşı ilə Kanadaya köçürlər. Çox keçmədən isə ABŞ-yə gedirlər.

Ancela Lensberinin kinoda ilk rolu rejissor Corc Kyukorun 1944-cü ildə çəkdiyi "Qaz işığı" filmində olmuşdur. Həmin ekran əsərində onun tərəf-müqabilləri tanınmış aktyorlar Şarl Buaye və İnqrid Berqman idi. Gənc aktrisa elə o zaman ikinci planda ən yaxşı qadın roluna görə "Oskar"a namizəd göstərilmişdi. Lakin buna baxmayaraq mükafatı qazana bilməmişdi. İkinci filmi olan "Dorian Qreyin portreti"nə görə Ancela Lensberi Amerika Kino Akademiyasının mükafatına namizəd olmuşdur.

Aktrisanın sözlərinə görə o, baş qəhrəmanlardan birini ifa etmək istəyirdi. Amma "Metro-Goldwyn-Mayer" kino şirkətinin rəhbərləri Lensberini xarakterik rollara və xüsusilə də bacı, sevgili, ana rollarını təklif edirdilər. Ancelanın 22–23 yaşı olanda studiya ona Frenk Kapranın "Nikahda olmaq" filmində Spenser Treysinin 45 yaşlı sevgilisi rolunu verdi[7].

 
Ancela Lensberi qızı Deydri və oğlu Endrü ilə

1962-ci ildə Ancela Lensberinin çəkildiyi ən tanınmış film olan "Mancur namizəd" ekranlara çıxır. Bu politik trillerdə Lensberi xanım Ayslin rolunu ifa edirdi. O, bu rola görə "Qızıl qlobus" və ABŞ Kinotənqidçilərinin Milli Şurasının mükafatına layiq görülmüşdür. Lensberi həm də "Oskar"ın ən real qalibi hesab olunurdu. Lakin son anada heykəlcik "Möcüzə yaratmaq" filmindəki roluna görə aktrisa Patti Dükə verildi.

1984-cü ildə aktrisa "Qətli o yazdı" serialındakı Cessika Fletçer roluna razılaşdı. Serial 12 il göstərilərək çox məşhur oldu. Bu müddət ərzində serialın 33 rejissoru olımuşdu. Cessiki Fletçer roluna görə aktrisa 12 dəfə "Emmi" mükafatına layiq görülmüş, ancaq qalib ola bilməmişdi.

Lensberinin Broadveydəki debütü 1957-ci ildə "Paradiso Oteli" səhnələşdirilməsi ilə başlandı, amma səhnə ulduzuna onu Jerry Hermanın "Meym" (1966) musiqili tamaşası çevirdi. Burada onun səhnə yoldaşı Bi Artur oldu.

Şəxsi həyatı

redaktə

Şəxsi həyatına gəldikdə isə Ancela hələ 19 yaşı olanda aktyor Riçard Kromuell ilə ailə qurmuşdu. Amma bu nikah çox sürmədi və cəmi 1 ildən sonra onlar boşandılar. 1946-cı ildə aktyor Hard Heffildin gecəsində Lensberi irland aktyoru Piter Şou ilə tanış olur. 3 ildən sonra onlar ailə qururlar. Bu nikahdan onların 2 övladı dünyaya gəlir. Onları bağladığı nikah şou-biznes tarixində ən uzun sürən nikahlardan hesab olunurdu. Belə ki, onların ailəsi 2003-cü ildə Piterin ölümünə qədər davam etdi.

Filmoqrafiya

redaktə
İl Azərbaycanca adı Orijinal adı Rol
1944 Qaz işığı ing. Gaslight Nensi Oliver
1944 Milli məxmər ing. National Velvet Edvina Braun
1945 Dorian Qreyin portreti ing. The Picture of Dorian Gray Sibil Veyn
1946 Harvinin qızları ing. The Harvey Girls Em
1946 Müqəddəs Hudlum ing. The Hoodlum Saint Dasti Millard
1946 Buludlar gəzişəndə ing. Till the Clouds Roll By Londonlu mütəxəssis
1947 Yaxın dostumun şəxsi işləri ing. The Private Affairs of Bel Ami Klotild de Marell
1947 Qış gələrsə ing. If Winter Comes Meybl Seybr
1948 Onuncu avenünün mələyi ing. Tenth Avenue Angel Süzan Bratten
1948 Nikahda olmaq ing. State of the Union Key Torndayk
1948 Üç muşketyor ing. The Three Musketeers kraliça Anna
1949 Qırmızı Dunay ing. The Red Danube Odri Kueyl
1949 Samson və Delila ing. Samson and Delilah Semadar
1951 Mehriban xanım ing. Kind Lady missis Edvards
1952 Qiyam ing. Mutiny Lesli
1954 Qumara qoyulmuş həyat ing. A Life at Stake Doris Hillman
1955 Bənövşəyi maska ing. The Purple Mask madam Valentayn
1955 Qayda-qanunsuz küçə ing. A Lawless Street Telli Dikenson
1955 Saray təlxəyi ing. The Court Jester şahzadə Qvendolin
1955 Nəzakətsiz missis Cervis ing. The Indiscreet Mrs. Jarvis Brenda Cervis
1956 Xahiş edirəm, öldür məni ing. Please Murder Me Mayra Lids
1958 Uzun, isti yay ing. The Long, Hot Summer Minni Littlcon
1960 Pilləkənlərin üstündə qaranlıq ing. The Dark at the Top of the Stairs Meyvis Pruitt
1961 Mavi Havay ing. Blue Hawaii Sara Li Geyts
1962 Mancur namizəd ing. The Manchurian Candidate missis Ayslin
1964 Henri Orientin dünyası ing. The World of Henry Orient İzabel Boyd
1964 Əziz ürək ing. Dear Heart Fillis
1965 Bugünədək danışılmış ən böyük hadisə ing. The Greatest Story Ever Told Klavdiya Prokula
1965 Moll Flendersin sevgi macərası ing. The Amorous Adventures of Moll Flanders Blayston
1965 Harlou ing. Harlow Cin Bello
1966 Cənab Buddvinq ing. Mister Buddwing Qloriya
1970 Hamı üçün nəsə ing. Something for Everyone qrafinya Hert fon Ornşteyn
1971 Dəstək və süpürgə ing. Bedknobs and Broomsticks miss Eqlantin Prays
1978 Nildə ölüm ing. Death on the Nile Salomeya Otterborn
1979 Xanım yox olur ing. The Lady Vanishes miss Froy
1980 Güzgü çatladı ing. The Mirror Crack'd miss Marpl
1982 Sonuncu təkbuynuz ing. The Last Unicorn Fortuna
1984 Canavarlar əhatəsində ing. The Company of Wolves nənə
1984-
1996
Qətli o yazdı ing. Murder, She Wrote Cessika Fletçer
1984 Şəbəkə tikişi ing. The Lace Hortenziya Butin
1990 Onun axtardığı sevgi ing. The Love She Sought Aqata
1991 Gözəl və bədheybət ing. Beauty and the Beast missis Potts
1992 Missis Harris Parisə gedir ing. Mrs. 'Arris Goes To Paris Ada Harris
1995 Studiyan və sən ing. Your Studio and You özü
1996 Missis Santa Klaus ing. Mrs. Santa Claus Anna Klaus
1997 Qətli o yazdı: Cənub-qərbdən cənuba ing. Murder, She Wrote: South by Southwest Cessika Fletçer
1997 Anastasiya ing. Anastasia Mariya Fyodorovna
2000 Qətli o yazdı: Sənin ölümünün tarixçəsi ing. Murder, She Wrote: A Story to Die For Cessika Fletçer
2003 Qətli o yazdı: Sonuncu azad insan ing. Murder, She Wrote: The Last Free Man Cessika Fletçer
2003 Qətli o yazdı: Kelt müəmması ing. Murder, She Wrote: The Celtic Riddle Cessika Fletçer
2004 Qaranlığı keçərək ing. The Blackwater Lightship Dora
2005 Dayə Makfi ing. Nanny McPhee Adelaida Stiç
2011 Mister Popperin pinqvinləri ing. Mr. Popper's Penguins Van Qandi
2017 Kiçik qadınlar ing. Little Women Març xala
2018 Qrinç ing. The Grinch
2018 Meri Poppins qayıdır ing. Mary Poppins Returns şar qadın

İstinadlar

redaktə
  1. 1 2 Angela Lansbury // Internet Broadway Database (ing.). 2000.
  2. 1 2 Angela Brigid Lansbury // Internet Broadway Database (ing.). 2000.
  3. 1 2 Angela Lansbury, Star of Film and Stage and TV’s Favorite Sleuth, Dies at 96 (ing.).
  4. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  5. 1 2 https://www.nytimes.com/2022/10/11/obituaries/angela-lansbury-dead.html.
  6. http://www.oscars.org/press/pressreleases/2013/20130905.html Arxivləşdirilib 2014-02-14 at the Wayback Machine Angelina Jolie, Angela Lansbury, Steve Martin and Piero Tosi to Receive the Academy’s Governors Awards
  7. http://www.tcm.com/thismonth/article/?cid=138937&mainArticleId=138936 TCM "Turner Classic Movies"

Xarici keçidlər

redaktə