Daymyo (大名, daimyo?, azərb. böyük ad‎) — orta əsr Yaponiyasında iri hərbi feodallar. Əgər samuraylar X-XIX əsrlər yapon cəmiyyətinin elitası sayılırdılarsa, daymyolar samurayların elitası idilər.

Aydzuvakamtsuda samuraylar evindəki manekenlər daymyo Matsudayra Katamorinin öz müşavirinin iqamətgahına səfərini təsvir edirlər.

Tərcümədə "böyük ad" mənasını verən bu məfhum IX-X əsrlərdə sabit hərbi təbəqə — buşi ilə eyni dövrdə ortaya çıxdı.

Daymyolar Edo dövründə

redaktə
 
Tottorili daymyo İkeda Yoşitakinin (池田慶栄,1834-1850) memorial tısbağası

Tokuqava şoqunatının hakimiyyətdə olduğu Edo dövründə daymyolar şoqundan çox güclü asılılığa düşdülər. Onlar şoquna vergi ödəməli, müxtəlif işlər üçün çox sayda adam verməli idilər, həmçinin, onların hakimiyyəti Tokuqava şoqunatının ciddi nəzarətində idi. Daymyo statusu qəti müəyyən olunmuşdu. Bu titulu yalnız illik gəliri 10 min koku düyüyə bərabər olan feodallar daşıya bilərdilər. Orta əsrlər Yaponiyasında feodalların potensial qüdrəti bu ölçü vahidi ilə qiymətləndirilirdi. Hesab edilirdi ki, bir samurayı bir il yedizdirmək üçün 1 koku (180,39 litr) düyü kifayətdir.

Tokuqava dövründəki 250-270 daymyodan ən varlıları 1,3 milyon koku gəliri olan Kaqa vilayətinin feodalları idilər, Kyuşudəki ən qədim Şimadzu klanının gəliri isə 730 min koku idi. Daymyolar arasında sonuncu əmlak bölgüsünü Tokuqava şoqunatının əsasını qoyan Tokuqava İeyasu şəxsən özü aparmışdı. Bununla o, öz rəqiblərini müflisləşdirmiş, əldə edilən gəlirləri isə elə bölüşdürmüşdü ki, daymyolar şoqun rejiminə təhlükə törədə biləcək dərəcədə güclənməsinlər.

Meyci islahatından sonra

redaktə

Daymyo, bütün samuray təbəqəsi kimi, öz gücünü XIX əsrin əvvəllərinə qədər qoruya bildi. Lakin hərbi-feodal dövlət quruluşunun iqtisadi geriliyi açıq-aşkar hiss edilməyə başlayırdı və qaçılmaz inkişaf meyilləri daymyoların samuray sinfi ilə birlikdə çökməsinə gətirib çıxardı. 1867-1868-ci illərdəki tamamlanmamış burjua inqilabından sonra 1869-1871-ci illərdə daymyolar bütün torpaqlarından məhrum olsalar da, böyük pul təzminatı aldılar. Onların bir vaxtlar sahib olduqları hədsiz hakimiyyət, böyük var-dövlət və hərbi qüdrət haqda bu gün yalnız ölkənin müxtəlif yerlərindəki əzəmətli qalalar xəbər verir.

Xarici keçidlər

redaktə