MusicBrainz (MusicBrainz.org) — azad musiqi ensiklopediyası layihəsi.[3] "MusicBrainz" musiqinin özü deyil, indiyə qədər qeydə alınmış musiqi haqqında məlumatları saxlayır. "Freedb" kimi, "MusicBrainz"də "CDDB"nin kommersiyalaşdırılmasına cavab olaraq yaradılmışdır. Buna baxmayaraq, "Freedb"dən fərqli olaraq, "MusicBrainz" CD metaməlumat deposundan daha da irəli getmişdir. "MusicBrainz" akustik barmaq izlərini təşkil etmək üçün istifadə olunan "Relatable"ın patentləşdirilmiş TRM alqoritminə əsaslanır. Musiqi metaməlumatı REST paylanmış sistem arxitekturasına uyğun olaraq GET və POST HTTP sorğuları vasitəsilə əldə edilə bilən RDF/XML-dən istifadə edərək təsvir edilir.

MusicBrainz
Loqonun şəkli
URL musicbrainz.org
Dilləri ingilis dili
Proqramlaşdırma dili Perl[1]
Açılma tarixi 17 iyul 2000
Alexa reytinqi
  • 27.889 (28 noyabr 2017)[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2004-cü ilin dekabrında "MusicBrainz" layihəsi təsisçisi Robert Key tərəfindən "MetaBrainz Foundation" qeyri-kommersiya təşkilatına çevrilmişdir.

28 iyun 2007-ci ildə "BBC"nin musiqi internet səhifələrini təkmilləşdirmək üçün "MusicBrainz"ə canlı məlumat axınına lisenziya verdiyi elan edilmişdir. "BBC" onlayn musiqi platformasının redaktorları öz musiqi kataloqunu verilənlər bazasına qatmaq üçün "MusicBrainz" icmasına qoşulmalı olurlar.[4] 28 iyul 2008-ci ildə "MusicBrainz"də hər bir incəsənət xadimi üçün veb səhifə yaradan yeni "BBC" musiqi saytı üçün beta testi başlamışdır.[5]

İstinadlar

redaktə
  1. Open Hub. 2006.
  2. Alexa Internet (ing.). 1996.
  3. Highfield, Ashley.Keynote speech given at IEA Future Of Broadcasting Conference Arxivləşdirilib 2012-11-10 at the Wayback Machine, Би-би-си Пресс-релиз, 2007-06-27. Retrieved on 2008-02-11.
  4. Kaye, Robert. "The BBC partners with MusicBrainz for Music Metadata". MusicBrainz. 2007-06-28. 2007-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-07-10.
  5. Shorter, Matthew. "BBC Music Artist Pages Beta". BBC. 2008-07-28. 2009-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-12.

Əlavə ədəbiyyat

redaktə

Xarici keçidlər

redaktə