Müharib Mirzəyev

Vikipediya saytından
Acategory (müzakirə | töhfələr) tərəfindən edilmiş 08:07, 26 yanvar 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Müharib Mirzəyev
Müharib Abbas oğlu Mirzəyev
Şəxsi məlumatlar
Doğum tarixi 27 aprel 1943-cü il
Doğum yeri Seyidlər kəndi, Səfərəliyev rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi Şəhid olmuşdur
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Mülki Müdafiə Qərargahı
Rütbəsi Polkovnik
Vəzifəsi Gəncə şəhər mülki müdafiə qərargahının rəisi

Müharib Abbas oğlu Mirzəyev — SSRİ Silahlı Qüvvələrinin və Azərbaycan Mülki Müdafiə sisteminin polkovniki, şəhid.

Həyatı

27 aprel 1943-cü ildə Səfərəliyev rayonunun Seyidlər kəndində anadan olmuşdur. 1967-cu ildə Saratov Orta Hərbi-Kimyəvi Məktəbini, 1974-cü ildə Sovet İttifaqı Marşalı S.K. Timoşenko adına Qırmızıbayraqlı Hərbi Kimyəvi Müdafiə Akademiyasını bitirib. SSRİ dövründə Almaniya Demokratik Respublikasında, Çexoslovakiyada, Gürcütanda müxtəlif hərbi vəzifələrdə qulluq edib. 1980-cı illərdə Naxşıvanda, Qazaxda, Şirvanda hərbi qulluğunu davam etdirib. Müstəqillik dövründə Gəncə şəhər mülki müdafiə qərargahının rəsi olub.

1995-ci ildə Gəncə ətrafında sovet qoşunları tərəfindən atılmış radiasiyalı tullantıları qərərləşdirərkən güclü şüalanmaya məruz qalır və 5 may 1995-ci ildə bu səbəbdən dünyasını dəyişir.

Bu səbəbdən ona şəhid statusu verilir.

Ədəbiyyat