Ququ quşu yuvasının üzərindən uçarkən (film)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ququ quşu yuvasının üzərindən uçarkən
ing. One Flew Over the Cuckoo's Nest
Janr dram filmi, tibb dramı[d], məhbuslar haqqında film[d], roman ekranlaşdırması[d], komediya filmi
Rejissor
Prodüserlər
İcraçı prodüserlər Maykl Duqlas, Kirk Duqlas, Saul Zeynts[d]
Ssenari müəllifləri
Baş rollarda
Operator
  • Haskell Ueksler[d]
Bəstəkar
Quruluşçu rəssam Pol Silbert[d]
Montajçı Şeldon Kan[d]
İstehsalçılar Fantasy Films Productions[d]
Distribütor InterCom[d], MOKEP[d], Netflix
İlk baxış tarixi 1975, 18 mart 1976[2], 19 noyabr 1975[3]
Müddət 133 dəq., 136 dəq.
Büdcə 3.000.000 $[4]
Gəlir 109.114.817 $[4], 108.981.275 $[4]
Ölkə
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Feyetvill[d]
IMDb ID0073486
Mükafatları Ən yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ququ quşu yuvasının üzərindən uçarkən (ing. One Flew Over the Cuckoo's Nest) – Miloş Formanın rejissorluğunu etdiyi 1975-ci il ABŞ istehsalı komediya-dram janrında filmdir. Film Ken Kizinin eyni adlı romanı əsasında çəkilmişdir. Filmin premyerası 19 noyabr 1975-ci ildə Çikaqo Film Festivalında baş tutmuşdur. Baş rolları Cek Nikolson, Luiza Fletçer və Vilyam Redfild ifa edirlər. Bununla yanaşı, Vill Sempson, Sidni Lassik, Denni De Vito, Bred Durif, Kristofer Lloyd kimi önəmli aktyorlar bu filmlə karyeralarına debüt ediblər. Psixiatrik xəstəxanada cərəyan edən hadisələr haqqında bu film demək olar bütünlüklə Oreqon ştatında ruhi xəstələr üçün xəstəxana şöbəsində çəkilmişdir.

"Ququ quşu yuvasının üzərindən uçarkən" ən yaxşı filmlərdən biri hesab edilir. Ekran işi Amerika Film İnstitutunun 100 ən yaxşı filmlər siyahısında 33-cü sıraya daxil edilib. Bununla yanaşı, o, film tarixində 5 əsas Oskar mükafatını (Ən yaxşı film, aktyor, aktrisa, rejissorssenari) qazanan ikinci film olmuşdur. Birinci dəfə bu uğuru "Bir gecədə baş verdi" filmi qazandı. 1991-ci ildə bu rekordu "Quzuların səssizliyi" filmi təzələdi. Film 1993-cü ildə ABŞ Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq önəmli" filmlər arasına seçilərək ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.

  • Cek Nikolson – Rendl Patrik McMurphy
  • Luiza Fletçer – Tibb bacısı Mildred Retçed
  • Vill Sempson – Şef Bromden
  • Vilyam Redfild – Deyl Hardinq
  • Bred Durif – Billi Bebbit
  • Sidni Lassik – Çarli Çesvik
  • Kristofer Lloyd – Meks Teyber
  • Denni De Vito – Martini

Mükafatlar və nominasiyalar

[redaktə | mənbəni redaktə et]

Nominasiya və qələbələr:

Cek Nikolson
Luis Fletçer
Miloş Forman
Maykl Duqlas
  • "Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə "Oskar" mükafatı"
Lourens HabenBo Qoldman
  1. 1 2 3 4 5 6 Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  2. IMDb (ing.). 1990.
  3. IMDb (ing.). 1990.
  4. 1 2 3 Box Office Mojo (ing.). 1999.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]