Tech/Server switch/az
Bu viki tezliklə müvəqqəti olaraq sadəcə oxuma rejiminə keçəcək
Bunu başqa bir dildə oxuyun • Please help translate to your language
Wikimedia Foundation trafiki data mərkəzləri arasında dəyişdirəcək. Bu, Vikipediyanın və digər Vikimedia vikilərinin fəlakətdən sonra da onlayn qala biləcəyinə əmin olmaq üçündür.
Trafikin dəyişdiriləcəyi tarix 20 mart. Sınaq saat 14:00 UTC başlayacaq
Təəssüf ki, MediaWiki-dəki bəzi məhdudiyyətlərə görə, köçürmə zamanı bütün redaktələr dayandırılmalıdır. Bu narahatlıq üçün üzr istəyirik və gələcəkdə onu minimuma endirmək üçün çalışırıq.
Bu proses başlamadan 30 dəqiqə əvvəl bütün vikilərdə bildiriş göstəriləcək. This banner will remain visible until the end of the operation.
Bütün vikilərini qısa müddətdə oxuya biləcək, ancaq redaktə edə bilməyəcəksiniz.
- Çərşənbə 20 mart 2024 tarixindən 1 saat sonraya qədər redaktə edə bilməyəcəksiniz.
- Bu müddət ərzində redaktə və ya saxlamağa çalışsanız, xəta mesajı görəcəksiniz. Ümid edirik ki, bu vaxt ərzində heç bir redaktə itirilməyəcək, amma buna zəmanət verə bilmərik. Əgər xəta mesajı görürsünüzsə, xahiş edirik hər şey normal olana qədər gözləyin. Bundan sonra redaktənizi yaddaşda saxlaya bilməlisiniz. Bununla belə, ehtiyat tədbiri olaraq, dəyişikliklərinizi vaxtından əvvəl nüsxələməyinizi tövsiyə edirik.
Digər təsirləri:
- Arxa plandakı işlər daha yavaş işləyəcək və bəziləri ləğv oluna bilər. Qırmızı bağlantılar normal şəkildə tez yenilənməyə bilər. Əgər başqa bir yerdə artıq keçid verən məqalə yaratsanız, link normaldan daha uzun müddət qırmızı qalacaq. Uzun müddət davam edən bəzi skriptlərin dayandırılması lazımdır.
- Normal həftələrdə olduğu kimi, kod yeniləmələrinin edilməsini gözləyirik. Bununla belə, bəzi hallarda əməliyyatlar tərəfindən tələb olunan kodun dondurulması əvvəlcədən müəyyən edilmiş vaxtda edilə bilər.
- * GitLab təxminən 90 dəqiqə ərzində əlçatmaz olacaq.
Lazım gələrsə, bu layihə təxirə salına bilər. Planlamanı wikitech.wikimedia.org saytında oxuya bilərsiniz. İstənilən dəyişiklik elan ediləcək.
Zəhmət olmasa bu məlumatı icmanızla paylaşın.