Parmezan pendiri
Parmezan pendiri (it. Parmigiano Reggiano) — ilk dəfə İtaliyada hazırlanan bərk pendir növü. Pendir ağ və ya açıq sarı rəngdə olub, çox quru və az yağlıdır. Çox zaman müxtəlif salatların və pitsaların hazırlanmasında istifadə olunur.
![](https://cdn.statically.io/img/upload.wikimedia.org/wikipedia/commons/thumb/5/5b/Parmigiano_reggiano_piece.jpg/200px-Parmigiano_reggiano_piece.jpg)
![](https://cdn.statically.io/img/upload.wikimedia.org/wikipedia/commons/thumb/5/53/Parmigiano_reggiano_factory.jpg/220px-Parmigiano_reggiano_factory.jpg)
Parmezan pendiri yağsız inək südündən hazırlanır.
Maraqlı Fakt
redaktə1950-ci illərdən başlayaraq İtaliyanın bir neçə bankı pendir istehsalçılarına kredit ayıranda girov üçün "parmezan" pendirini götürürdülər. Pendirlər 2-3 il ərzində yetişəndən sonra bank, adətən, onları xüsusi saxlanılan yerlərə yerləşdirirdi. Pullar geri qaytarılmayan təqdirdə pendirlər satışa çıxarılırdı.
Xarici keçidlər
redaktəVikianbarda Parmezan pendiri ilə əlaqəli mediafayllar var.
- Consorzio del Formaggio Parmigiano-Reggiano (ital.)
- Parmigiano (ital.)