Abugida

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Abugida (İngiliscə tələffüzü: [ˌɑːbuːˈɡiːdə] (Ge‘ez አቡጊዳ ’äbugida)) və ya digər adı ilə alfahecalama — fraqmentar yazı sistemidir. Bu sistemdə hər bir ardıcıl samit-sait cütü tək bir vahid kimi yazılır: Hər bir vahid bir samit hərfin əsasında qurulur; sait hərflər isə öz növbəsində ikinci dərəcəli əhəmiyyət kəsb edirlər. Bu, samit və sait hərflərin eyni dərəcədə əhəmiyyətə malik olduğu əlifbadansaitlərin əskik olduğu və ya istəyə görə yazıldığı əbcəddən çox fərqlidir. (Çox da akademik olması lazım olmadığı hallarda, bütün bu yazı sistemlərini ümumilikdə əlifba adlandırmaq mümkündür.) Abuqidalara CənubiCənub-Şərqi Asiyada istifadə edilən brahmi ailəsinə məxsus olan yazılar daxildir.

Bir dilçilik termini kimi Abugida ilk dəfə Peter T. Daniels tərəfindən 1990-cı ildə hazırlamış olduğu yazı sistemlərinin tipologiyasında istifadə edilmişdir. Abece sözünün latın dilinin ilk üç hərfi olan, a, be ce hərflərindən; Alfabe sözünün isə öz növbəsində Yunan əlifbasının ilk iki hərfi olan AlfaBeta hərflərindən yaranmasına paralel olaraq, Abugida sözü də öz növbəsində Geez yazısı mənası verən Efiopiya mənşəli bir söz olub və adını bu yazı sisteminin ilk dörd hərfi olan ä bu gi da hərflərindən götürmüşdür. Danielsin bu sözü işlətmə forması nəzərə alınarsa, abugida; samit və sait hərflərin birləşərək yaratdığı və fiqurların bir-birinə heç oxşamadıgı heca yazısından və eyni zamanda da samit və sait hərflərin müstəqil simvollar kimi istifadə edildiyi əlifbadan tamamilə fərqlənir. Əlifba hecalama termini isə ilk dəfə olaraq 1997-ci ildə Uilyam Bright tərəfindən, Cənub-Şərqi Asiya dillərinə əsaslanaraq "həm əlifba, həm də heca sistemlərinin birləşməsi" ideyasını əks etdirdiyinə görə hind yazılarını təsvir etmək üçün istifadə edilmişdir.

Abigudalar uzun müddət heca yazısı kimi və ya heca yazısı ilə əlifba arasında bir keçid kimi görülmüş və bir çox oxşar adlarla çağırılmışdır: neosyllabary (yeni yazı) (Février 1959), pseudo-alphabet (Yalançı əlifba) (Householder 1959), semisyllabary (yarımhecalama) (Diringer 1968, haqqında bəhs edilən terminin müxtəlif istifadə versiyaları mövcuddur) və syllabic alphabet (hecalı əlifba) (Coulmas 1996, bu termin heca yazısının sinonimi kimi istifadə olunur).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]