Albert Lutuli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Albert Lutuli
Şəxsi məlumatlar
Doğum adı Albert John Mvumbi Luthuli
Doğum tarixi 1898[1][2][…]
Doğum yeri
Vəfat tarixi 21 iyul 1967(1967-07-21)[3][4]
Vəfat yeri
Vəfat səbəbi dəmiryolu hadisəsi[d]
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, avtobioqraf[d], müəllim
Elmi fəaliyyəti
Elm sahəsi müəllim
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Albert Lutuli (1898[1][2][…], Bulavayo[5]21 iyul 1967[3][4], Kvadukuza[d]) — Cənubi Afrikalı siyasətçi, Afrika Milli Konqresinin prezidenti, aparteidə qarşı, Nobel sülh mükafatına layiq görülən ilk Afrikalı.

O, missionerlər üçün tərcüməçilik edən Zululand kökənli Con Bunyan Lutulinin oğlu idi. Atasının ölümündən sonra 10 yaşında Cənubi Afrikaya getdi və əmisinin "Qrutvil" qəbiləsinin başçısının evində Zulu adətlərini öyrəndi. O, anasının camaşırxanadan qazandığı pulla və əldə elədiyi təqaüd ilə təhsil alıb. Durban yaxınlığındakı Adamsda müəllimlik məktəbini bitirib və bu məktəbin ilk üç qaradərili müəllimindən biri olub. 1927-ci ildə qəbilə başçısının nəvəsi olan Nokukhanya Bhengu adlı müəllimə ilə evlənib.1936-cı ildə müəllimlikdən ayrılaraq və 5000 nəfərlik Qrutvil qəbiləsinin başçısı seçildi. Aclıq və yoxsulluq kimi mühüm problemlərlə üzləşdiyi bu dövrdə siyasi fəaliyyətlərdən uzaqlaşaraq Natal Afrika Müəllimlər Birliyi və Cənubi Afrika Futbol İttifaqının katibliyini üzərinə götürdü. O, Zulu Dili və Mədəniyyəti Assosiasiyasını təsis edib, həmçinin Xristian Direktorlar Şurasının, Avropalıların və Afrikalıların Birgə Şurasının və Durbandakı İrqlərarası Əlaqələr Agentliyinin üzvü olmuşdur.1945-ci ildə Afrika milli konqresinə qoşuldu. Növbəti il ​​o, üzvləri qəbilə başçıları və ziyalılardan ibarət olan Yerlilərin Təmsil Şurasına seçildi. Məhz bu zaman ordu qoşunları və polis qaradərili mədənçilərin tətilini yatırmaq üçün zorakılıq tətbiq edib, əkkiz işçini öldürüb, minə yaxınını yaralamışdılar. Lutuli bu hadisədən sonra idarə heyətinin reaksiya verməməsinə etiraz edən insanların tərəfini tutdu. 1948-ci ildə Missionerlər Konqres Şurasının dəvəti ilə ABŞ-yə getdi. O, buradakı çıxışlarında irqi ayrı-seçkiliyə görə Afrikada xristianlığın böyük sınaqla üzləşdiyini iddia etmiş, ölkəsinə qayıdanda aparteid siyasətini müdafiə edən və Afrikanerlər tərəfindən dəstəklənən Milli Partiyanın (NP) daha böyük bir sınaqla üzləşdiyini bildirmişdir. Qaradərililərə zülmün gücləndiyi bu dövrdə o, Afrika milli konqresi Natal vilayətinin rəhbəri seçilir.

KwaZulu-Natalda Albert Lutulinin heykəli

1912-ci ildə qurulan, o vaxta qədər petisiya və kütləvi nümayişlərlə davamlı mübarizə aparan Afrika milli konqresi 1952-ci ildə Cənubi Afrika Hindistan Konqresi ilə birlikdə seqreqasiya qanunlarına qarşı ümummilli kampaniyaya başladı. Lutuli bu kampaniya zamanı Natalda siyasi rəhbərliyi öz üzərinə götürdükdən sonra administrasiya ondan ya Afrika milli konqresiNİ, ya da qəbilə başçılığını tərk etməyi tələb etdi. Azadlığın ancaq bədəl ödəməklə əldə oluna biləcəyini bildirən Lutuli hökumətin tələbini yerinə yetirməkdən imtina etdi. Hökumət tərəfindən rəislikdən uzaqlaşdırılsa da, tayfası tərəfindən başçı kimi görünməyə davam etdi və şöhrəti daha da yayıldı. Elə həmin il (1952) Afrika milli konqresinin baş katibliyinə seçilən Lutuli sonrakı illərdə güclü təzyiqlərə baxmayaraq keçirilən müxtəlif yığıncaqlarda iştirak etmiş, bir çox şəhərləri gəzmiş, kütləvi yığıncaqlarda çıxışlar etmişdir.1956-cı ilin dekabrında 155 dostla birlikdə dövlətə xəyanət ittihamı ilə həbs olundu. Lakin 1957-ci ildə uzun məhkəmə araşdırmasından sonra, satqın olduğu, Kommunist çevrilişi planlaşdırdığı və zorakılıqdan istifadə etdiyi barədə ittihamları sübut edə bilmədikdə azadlığa buraxıldı. Bu illərdə əzmkar mübarizəsi və cəsarəti ilə adını xaricə çatdıraraq Nobel mükafatına namizəd oldu. 1957-ci ildə ağdərililərdən başqa bir çox insan işə getmə çağırışına əməl etdi. Sonralar onun təşkil etdiyi kütləvi yığıncaqlara ağdərililər də qatılmağa başladı. 1959-cu ildə onun düşmənçilik hissləri yaratdığını əsas gətirərək 5 il ərzində kəndini tərk etməsinə və yığıncaqlara qatılmasına qadağa qoyuldu.Lutuli 1960-cı ildə polisin Şarpvildə pasport qanunlarına etiraz edən qaradərililərə atəş açmasından sonra milli matəm elan edərək öz pasportunu yandırmışdı. Buna görə həbs cəzasına məhkum edilsə də, həbsxanaya düşə bilməyəcək qədər xəstə olduğu üçün cəzası cərimə ilə əvəzləndi. Bu hadisələrə görə Afrika milli konqresi və bu təşkilatı tərk edənlər tərəfindən yaradılan Pan-Afrika Konqresi qeyri-qanuni elan edildi.1961-ci ilin dekabrında Qrutvildən qısa müddətə ayrılmağa icazə verilən Lutuli Nobel mükafatını almaq üçün həyat yoldaşı ilə birlikdə Osloya getdi. Mükafatlandırma mərasimindəki çıxışı zamanı o, güclü təzyiqlərə baxmayaraq, xalqının irqçiliyə qarşı qəbul edilməsini və dinc münasibətini yüksək qiymətləndirmiş, lakin uzun sürən mübarizəyə baxmayaraq, onların hələ də nə qədər azadlıqdan uzaq olduqlarını söyləmişdir. Ölkəsinə qayıtdıqdan sonra ömrünün sonuna kimi kəndlərində nəzarət altında qalan və ancaq polisin icazə verdiyi ziyarətçilərlə görüşə bilən Lutuli həyat hekayəsini yazmış, “Let My People Go” (1962) adı ilə nəşr edilmişdi.O, 1967-ci il iyulun 21-də kiçik fermanın yaxınlığında yerləşən dəmir yolu körpüsündən keçərkən qatarın vurması nəticəsində dünyasını dəyişib.

  1. 1 2 Swartz A. A. J. Luthuli // Open Library (ing.). 2007.
  2. 1 2 Albert John Luthuli // 20th Century Press Archives. 1908.
  3. 1 2 Albert Luthuli // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  4. 1 2 Albert Luthuli // Munzinger Personen (alm.).
  5. 1 2 Deutsche Nationalbibliothek Record #118729772 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.