Bloqosfera

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Bloqosfera haqqındadır. Tədbir üçün Bloqosfer (tədbir) səhifəsinə baxın.

Bloqosfera (ing. blogosphere – bloq dünyası) – termini noosfera və bu kimi terminlərə analoji olaraq yaranmış, birlik və ya sosial şəbəkələrə oxşar “bloqlar toplusunu” özündə əks etdirir.[1] 1999-cu ilin avqustunda San-Fransisko şəhərində (ABŞ) yerləşən Pyra Labs kompüter şirkəti ilk dəfə ödənişsiz, kütləvi istifadəyə yararlı və çox sadə istifadə vasitələri olan bloq saytı (Blogger.com) yaratdı. Sonradan bu sayt Google şirkəti tərəfindən alındı. Məhz Blogger çoxlu sayda bloqların yaranmasına və yeni noosfera olan bloqosferanın sürətlə inkişafına təkan verdi.

Bu ifadə ilk dəfə 10 sentyabr 1999-cu il tarixində Bred Qrehem (Brad Graham) tərəfindən zarafatla işlədilmişdir. İfadə ingilis dilində belə səslənirdi: “Goodbye, cyberspace! Hello, blogiverse? Blogosphere? Blogmos?”.

2002-ci ildə bu termin Vilyam Kvik (William Quick) tərəfindən yenidən işlədilməyə başladı. Həmin ifadə Amerikanın Əfqanıstanda həyata keçirdiyi hərbi əməliyyatları işıqlandıran bloq şəbəkələrinə, sonradan isə başqa şəbəkələrə yayıldı.

Azərbaycanda bloqosfera

[redaktə | mənbəni redaktə et]

Hazırda Azərbaycanda bloqosfera sürətlə inkişaf edir, minlərlə bloqlar aktiv olaraq yazılır və mütəmadi olaraq yenilənir. Azərbaycanda bloqların yazılması BarKamp tədbirlərindən sonra daha da sürətlənmişdir. Azərbaycanda həmçinin Bloqosfer adlı tədbir də keçirilib.[2] Bloqçuluq Azərbaycanda sürətlə inkişaf etsə də, ATƏT və başqa təşkilatların hesabatlarında bloqçuluq və media ilə bağlı problemlərin qalması faktlarına ara-sıra rast gəlmək olur. Belə ki, GoogleMərkəzi Avropa Universitetinin birgə təşkil etdiyi "Azadlıqda İnternet 2010" adlı tədbirdə (20-22 sentyabr, 2010, Budapeşt, Macarıstan) ATƏT-dən olan nümayəndə Dunja Mijatovic Azərbaycanda bloqçuluq və medianın sıxılması barədə fikir bildirmişdi.[3]

Azərbaycan bloqosferasında ilk görüş 2008-ci ilin 27 aprel tarixində Fərhad Əskərzadənin təşəbbüsü ilə Bakıda keçirilib.[4] Görüşdə Azeriblog.com bloq saytının admini Fərhad Əskərzadə, Azeriblog.com-dan olan bloqerlər, BarKampdan Rəşad Mehbaliyev və Emin Hüseynzadə[5], "İrəli" İctimai Birliyinin İT departamentin bloqçuları iştirak ediblər[6]. Görüşü keçirməkdə məqsəd Azərbaycanda bloqosferanın inkişafını müzakirə etmək olub.[7]

  1. "A.S.Əhmədova, Bloqlar siyasi texnologiya kimi, "İnformasiya Cəmiyyəti Problemləri" jurnalı 2/2010, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan. s.103". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-05.
  2. "Bloqosfer". 2011-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-05.
  3. "Weboxu.com – Rəşad Mehbaliyev: "Azadlıqda İnternet 2010"". 2013-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-13.
  4. "Blogerlərin ilk qeyri rəsmi görüşü oldu". 2016-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-14.
  5. "Mardiyev.com – Azərbaycan bolqqerlərinin ilk qeyri-rəsmi görüşü". 2011-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-14.
  6. "Azərbaycan bolqqerlərinin ilk qeyri-rəsmi görüşü". 2016-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-14.
  7. "Azərbaycan bolqqerlərinin ilk qeyri-rəsmi görüşü". 2011-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-14.