Gözəl və Bədheybət (film, 1991)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Gözəl və bədheybət
Beauty and the Beast
Janr Macəra
Rejissor Qeri Trusdeyl
Kirk Uayz
Prodüser Don Hahn
Rolları səsləndirənlər Peyc O'Hara
Robbi Benson
Riçard Uayt
Ancela Lensberi
Bəstəkar Alan Menken
Dil İngilis dili
Fransız dili
Ölkə ABŞ ABŞ
Studiya Walt Disney Pictures
Walt Disney Feature Animation
Distribüsiya Buena Vista Pictures
Davametmə müddəti 84 dəqiqə
İl 1991
İlk baxış ABŞ 29 sentyabr 1991
Büdcə $25 milyon[1]
Gəlir $424,967,620[1]
ID 0101414

Gözəl və bədheybət (ing. Beauty and the Beast) — 1991-ci ildə istehsal olunmuş ABŞ cizgi filmidir. Cizgi filmi fransa yazarı Janna-Mari Leprens de Bomonun (fr. Jeanne-Marie Leprince de Beaumont) eyni adlı əsəri əsasında hazırlanmışdır.[2] 1946-cı ildə Fransada istehsal olunmuş "Gözəl və bədheybət" filmindəki bir sıra epizodlar bu cizgi filminə bənzəyir. "Gözəl və bədheybət" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 30-cu klassik qısametrajlı cizgi filmidir. İlk dəfə 29 sentyabr 1991-ci il tarixində Nyu-York kinofestivalında göstərilmişdir. Cizgi filmi 2002-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.[3][4]

Cizgi filminin açılışında Şahzadənin canavara çevrilmə hekayəsi müxtəlif səhnələrdə izah edilir. Buna görə, özünü yaşlı bir dilənçi qadın olaraq gizləmiş bir pəri şahzadəyə soyuq qış gecəsində sığınacaq qarşılığında tək bir gül təklif edir. Pəri qovulduğu zaman Şahzadəni çirkin bir canavara; Şahzadənin xidmətçilərini də mebel və digər ev əşyalarına çevirir. Canavara xarici dünya ilə əlaqə qurması üçün sehrli bir ayna və təklif etdiyi gülü buraxır. Gülün, Şahzadənin 21 yaşına gələnə qədər təzəliyini qoruyacağını, son yarpağı tökülənə qədər bir qıza aşiq olub, qızın da eşqini qazana bilsə, bu sehrin pozulacağını söyləyir. Əks halda Şahzadə sonsuza qədər çirkin bir canavar olaraq qalacaqdır.

Bu hadisədən illər keçir. Gözəl bir qız olan Bell yaxınlarda bir kənddə ixtiraçı atası Morsilə birlikdə yaşayır. Bella kitab oxumağı çox sevir və kənddən kənar həyatla maraqlanmaqdadır. Bella qəsəbədə yaşayan Qastonun maraq dairəsindədir. Moris son icadı olan taxta kəsmə maşınını nümayiş etdirmək üzrə evdən ayrılır. Yolunu itirər və Canavarın qalasına çatır. Burada qalanın ovsunlanmış xidmətçiləri Lümyer, Koqsvort, Potts və onun oğlu Çiplə tanış olur. Canavar Morisin varlığından xəbərdar olduğunda onu məhbus edir. Bella atasının qaladan qaçan atıyla birlikdə qalaya gəlir və Canavara atasının yerinə özünün məhbus qalmasını təklif edir. Bunu qəbul edən Canavar Morisi geri göndərir. Morisi qəsəbədəkilərə və Qastona bu hadisələri izah edir. Lakin hər kəs onun dəli olduğunu düşünür və heç kim ona inanmır. Bu səbəbdən Moris qızını tək başına axtarmağa qərar verir.

Bu vaxt Bella Canavarın yemək təklifini rədd edər. Canavarın təlimatına baxmayaraq, Lümyer Bellaya yemək təqdim edir və Koqsvortla birlikdə onu qalanı gəzdirir. Bella Canavarın gəzməsini qadağan etdiyi bölgədə sehrli gülü görür. Bella qaladan qaçar. Qaladan qaçarkən Bella meşədə qurdların hücumuna uğrayar. Canavar Bellanı qurtarmağa gəlir və yaralanır. Qalaya döndükləri zaman Bella Canavarın yaralarını sağaldır. Canavar da ona qalanın kitabxanasını hədiyyə edir. Romantik bir axşam yeməyi və rəqsin sonunda Canavar istifadə etməsi üçün sehrli aynanı Bellaya verdiyi zaman Bella atasını meşədə ölüm ayağında görür. Gülün son yarpağının tökülməsinə bir neçə saat qalmışdır. Canavar Bellanı azad edir və özünü xatırlatması üçün sehrli aynanı da Bellaya verir. Bu vəziyyət xidmətçiləri dəhşətə gətirir. Gedişini izlərkən Canavar Koqsvorta Bellaya aşiq olduğunu etiraf edir.

Bella atasını tapıb evə dönür. Qaston izdihamla evin önündə dayanmışdır. Qaston Bellaya evlənmək təklifini qəbul etməzsə, atasını dəlixanada bağlatdıracağını söyləyir. Bella atasının Canavar haqqında doğru söylədiyini, sehrli ayna sayəsində dəlilləri ona göstərir. Bu vəziyyət Qaston və yanındakıları qalaya gedib Canavarı öldürmək üzrə hərəkətə keçirər. Qaston Bella və atasını zirzəmiyə bağlatdırır. Amma Bellanın çantasında gizlənən Çip taxta-kəsmə maşınını işlədərək onları qurtarır. Qaladakı xidmətçilər hirsli izdihamla vuruşarkən Qaston Canavara hücum edir. Canavar buna münasibət bilməyəcək qədər kədərlidir. Amma Bellanın qalaya geri döndüyünü görən kimi döyüşməyə başlayır. Sonunda Canavar Qastonun həyatını bağışlayır. Bellanın gözlədiyi yerə gedərkən Canavar Qaston tərəfindən kürəyindən bıçaqlanır. Qaston bu sırada tarazlığını itirərək uçuruma düşür. Bella sevgisini ölmək üzrə olan Canavara söyləyir. Bu zaman artıq gülün son yarpağı düşmüşdür. Canavar və içindəkilər yenidən insan olurlar. Filmin sonunda bal salonunda Moris və bütün xidmətçilər ətrafda xoşbəxt görünürlər, Bella və Şahzadə rəqs edirlər.

  1. 1 2 "Beauty and the Beast". Box Office Mojo. 2012-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-24.
  2. Ginell, Carl. "Beauty and the Beast stellar". Toacorn.com. August 2, 2007. July 8, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 15, 2010.
  3. Gözəl və bədheybət Arxivləşdirilib 2022-08-09 at the Wayback Machine Loc.gov saytında, Yoxlanılıb: 9 oktyabr 2015
  4. Gözəl və bədheybət Arxivləşdirilib 2021-12-26 at the Wayback Machine Buzzfeed.com saytında, Yoxlanılıb: 9 oktyabr 2015

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]