Leopold fon Zaxer-Mazox

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Leopold fon Zaxer-Mazox
alm. Leopold Ritter von Sacher-Masoch
Təxəllüsü Charlotte Arand[3], Zoë von Rodenbach[3]
Doğum tarixi 27 yanvar 1836(1836-01-27)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 mart 1895(1895-03-09)[1][2][…] (59 yaşında)
Təhsili
Fəaliyyəti jurnalist, yazıçı, universitet müəllimi[d], tarixçi
Fəaliyyət illəri 1867-ci ildən
Əsərlərinin dili alman dili
Tanınmış əsəri
Mükafatları "Fəxri legion" ordeni kavaleri
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Leopold fon Zaxer-Mazox (alm. Leopold Ritter von Sacher-Masoch‎; 27 yanvar 1836[1][2][…], Lvov[4]9 mart 1895[1][2][…]) — Avstriya yazıçısı.

Leopold fon Zaxer-Mazoxun əsərində ədəbi növ olaraq əhvalata, struktur olaraq isə "müqavilə", "akt", "proqram" tipində mətnə uyğun gəlir. Konvensiya və tənbeh, amma eyni zamanda bədənə göstərilməli olan diqqət hakim mövqe daşıyır: "Sevgili məşuqəm, əvvəl əlinə incə bir iynə alaraq başdan-tikəcəksən … amma sabah bir tibb imtahanının var, buna görə qətiyyən iz buraxmamalısan… və sair".

Mazoxizmdə məsələ passivlik, ya da fantaziyada deyil. Passivlik vizuallaşaraq partnyorlar arasındakı aktiv bir əlaqəyə də gətirib çıxara bilər – mazoxistin köməyinə gələn sadist deyil – aktivliyi müəyyən müddət ərzində təyin olunacağı üçün aktiv – passiv əleyhdarlığı artıq "yox" vəziyyətindədir. Beləcə ən əhəmiyyətli "mazoxist" mətnlərdən biri, Leopold von Zaşer Mazoxun arvadı Vilhelmina von Zaxer-Mazoxun avtobioqrafiyası yaranmışdır.

XIX əsrin xarici siyasi feminist mətnlərindən seçilən bu avtobioqrafiya ərini əlində saxlamaq istəyən, uşaqlarını qoruma arzusuyla ərinin qəribə zövqlərinə cavab vermək məcburiyyətində qalan bir orta səviyyəli qadının dili ilə danışılır, "bədənin qadir olduqlarının kəşfi" dediyi bir həyat prosesi, feminist xarakterli bir formulla sona çatar: "Həyatda bir qadın olaraq nələrə qadir olduğumu artıq başa düşürəm". Proses təhlükəlidir, ancaq dəyəri hələ yoxlanılmamış olmasındadır.

Sad ilə Mazox ədəbiyyatının tanınmamağı, onları sinfi və coğrafi bir kartoqrafiyaya sığdıra bilməmizə də kömək edəcək – Mazox əhvalatları "həqiqi xarakterdədir". Sad isə içinə səhnə təsvirləri yerləşdirdiyi böyük teatr – roman və siyasi pedaqoji üslubuna qaçır.

Nə Sadda, nə də Zaxer-Mazoxun əsərlərində pornoqrafik fantaziyaları görə bilmərik. Xüsusilə də Mazoxda təcrübə dilinə rast gəlirik. Bu əsərlərdə işgəncədən daha çox kəşflər və insan bədəninin qüdrətini, affekt vəziyyətini görürük.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Léopold von Sacher-Masoch // Babelio (fr.). 2007.
  3. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #118604570 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]