Livan müharibəsi (2006)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İkinci Livan müharibəsi
İsrail tərəfindən Tir şəhərinin (Sur) bombalanması
Tarix 12 iyul 2006 - 14 avqust 2006
Yeri Livan ve Şimali İsrail
Səbəbi İsrail-Livan sərhədində Hizbullah tərəfindən 8 israilli əsgərin öldürülməsi və 2 israilli əsgərin əsir alınması. Hizbullahın Şimali İsrail torpaqlarına raket və havan hücumları etməsi.
Nəticəsi

14 avqustda atəşkəs elan edildi.

Atəşkəsin ardıyca iki tərəf də zəfər elan etdi.
Münaqişə tərəfləri

Hizbullah

İsrail

İtkilər

Livan mənbələrindən alınan məlumata görə 300, İsrailə görə 500 əsgər öldürüldü.

Mülki itkilər:
40 ölü
60-dan çox yaralı
Hərbi itkilər[1]
130 ölü
650-yə yaxın yaralı
2 əsir
130 Merkava tankı
2 müharibə təyyarəsi
5 vertolyot
408 zirehli vasitə
3 freqat
Fransız bir mənbə İsrailin 1000-dən çox itkisi olduğunu qeyd etmişdir.[mənbə göstərin] İran mənbələri də itkinin 2300 olduğunu qeyd etmişdir.[mənbə göstərin]

Mülki livanlılar:
1.109 ölü
3.500-dən çoxyaralı
1.000.000-dan çox mülki vətəndaş qaçqın vəziyyətinə düşdü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İkinci Livan müharibəsiHizbullahın hərbi qanadı ilə İsrail Silahlı Qüvvələri arasında Livan torpaqları və İsrailin şimalında 12 iyul - 14 avqust 2006 tarixləri arasında davam etmiş olan silahlı qarşıdurma.

Böhran Livanda yerləşmiş Hizbullah təşkilatının 12 iyul 2006 tarixində iki İsrail əsgərini qaçırması və səkkizini öldürməsiylə başlamışdır. Əsgərlərin qaçırılmasına əlavə olaraq Cənubi Livandakı Hizbullah xadimlərinin İsrail torpaqlarına Katyuşa mərmiləri göndərməsi; İsrail tərəfindən Livanın bir döyüş hərəkətində ( "act of war") olduğu şəklində şərh edilmişdir. Bunun üzərinə İsrail Livana hava və quru hücumları etmiş və ölkənin limanlarını dənizdən mühasirəyə almışdır. İsrailin bu davranışına qarşılıq olaraq Hizbullah Cənubi Livandan İsrailin şimalına etdiyi mərmi hücumlarını şiddətləndirmişdir.

Bir aydan çox davam edən qarşıdurmaların ardıyca Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 1701 saylı qərar uyğun olaraq 14 avqustda tərəflər hücumlarını dayandırmışdır. İsrail Livana tətbiq etdiyi mühasirəni 7 sentyabr 2006-cı ildə yerli saatla 18:00-a qədər qaldırmağı öhdələrinə vermişdir. Litanni çayına qədər olan Cənubi Livan torpaqlarını işğal etmiş olan İsrail Livan və UNIFIL əsgərlərinin yerləşdirilməsinə paralel olaraq qüvvələrini geri çəkmişdir.

Böhranın ilk günlərindən bəri aralıqsız davam edən İsrail hücumlarının nəticəsində İsrail ordusunun mindən çox Livan vətəndaşını öldürməsi, İsrailin beynəlxalq sahədə çox ağır tənqidlərə hədəf olmasına səbəb olmuşdur.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komissiyası Başçısı Luiza Arbur böhran zamanı döyüş günahlarının (hərbi cinayət) işlənmiş ola biləcəyini söyləmişdir.

Böhranın başlanğıcı

[redaktə | mənbəni redaktə et]

İsrail ilə Livan arasındakı böhran İsrailin sahildə olan Fələstinli ailələrə atəş açması ilə başlamışdır.[2] Yaxın Şərqdəki İslam xadimləri ilə İsrail arasındakı müharibə təxminən bir ay əvvəl alovlandı. 9 iyunda İsrailin Qəzzə zolağına etdiyi bir hücumda eyni ailədən səkkiz adamı öldürməsi Fələstində iqtidarda olan Həmas təşkilatının İsrail ilə etdiyi atəşkəs haqqında razılığı bitirməsinə gətirib çıxarmışdır. Eyni zamanda 2006-cı ildə baş vermiş olan Qəzzə böhranını başladan bu hadisə başda İslam dünyası olmaq üzrə bir çox seqmentdən reaksiya almışdır.

Hizbullahın hücumu

[redaktə | mənbəni redaktə et]

12 iyul 2006-cı ildə yerli saata görə səhər saat 09:05-də Hizbullahın xadimləri Cənubi Livandakı mövqelərdən İsrail hərbi birliklərinə və sərhəd qəsəbələrinə minaatan və raketlər vasitəsilə hücum etdilər. Daha sonra isə İsrail ordusuna aid olan iki Hummer zirehli hərbi maşınlarına da edilmiş hücumda Hizbullahın xadimləri səkkiz İsrail əsgərini öldümüş və iki İsrail əsgərini də əsir almışdırlar

Hizbullah və Livan polisi əsir alınan İsrail əsgərlərinin Livan torpaqlarına sızmış olduğunu iddia etsələr də, İsrail bu iddiaları rədd edir.

İsrailin reaksiyası

[redaktə | mənbəni redaktə et]

Hizbullahın Livanda heç bir maneə ilə qarşılaşmadan var ola bilməsi və qaçan xadimlərin Livanda saxlanması səbəbiylə İsrail hökuməti bu davranışı bir döyüş elanı olaraq qəbul etmiş və Livan hökumətini məsul tutmuşdur. Hücumlardan çox sonra İsrail əsgərləri sərhədə gələrək Livanın cənubundakı yaşayış məntəqələrinə hücum etdi.

Qaçırılan əsgərləri qurtarmaq üçün təqibə başlayan İsrail birliklərindən bir Merkava tankı bir Hizbullah bombasının üzərində keçdi və bombanın partlamasıyla havaya uçdu, tankın dörd ekipajı öldü. Hizbullah hərbçiləri ilə çıxan döyüşdə günortadan sonra saat üçdə bir İsrail əsgəri öldürüldü.

Livanın bu hücumdan ötəri çox ağır bir əvəz ödəyəcəyini söyləyən İsrail Baş qərargah başçısı general-leytenant Dan Halutz "Livanı 20 il əvvəlinə geri çevirə bilərik" dedi.

Livanın münasibəti

[redaktə | mənbəni redaktə et]

İsrailin Beyrut hökumətini böhrandan məsul tutmasına baxmayaraq Livan Baş naziri Fuad Sinora hücumdan Livan hökumətinin xəbəri olmadığını və Livanın məsul tutulmamalı olduğunu söyləmişdir.

Sinora beynəlxalq vasitəçilərin münaqişəni dayandırmağa çağırmasına baxmayaraq, münaqişələr hələ də davam edir.

İsrailin hücumları

[redaktə | mənbəni redaktə et]
12 iyul tarixi ilə 13 avqust 2006 tarixləri arasında İsrail tərəfindən Livanda bombalanan yerlər

İsrail Hərbi Hava Qüvvələri Hizbullah xadimləri və liderlərinin təxmin etdiyi yerlərdə hava hücumlarına başladı. Suriya və İranın Hizbullahı dəstəkləməyəcəyini iddia edən Beyrut və ətraf ərazilərdə infrastruktur və qurğulara hücum etdi.

13 iyulda hücuma məruz qalan Beyrut hava limanı zədələnib uçuşlara bağlandı. Bundan əlavə təxminən dörd həftədəndə artıq davam edən İsrail hərbi təyyarələrinin hücumları və ağır bombardımanları nəticəsində Beyrutda çoxunda şiələrin yaşadığı qəsəbələrdə, kəndlərdə mindən artıq dinc insan öldürüldü. Başda paytaxt Beyrut şəhəri olmaqla Livana böyük dərəcədə maddi ziyan dəydi. Xəstəxanalar, yollar və televiziya/radio stansiyaları İsrail təyyarələrinin hücumları nəticəsində məhv edildi. Livan hökuməti Livana müharibə nəticəsində dəymiş maliyyə zərərinin 2,5 milyard dollara yaxın olduğunu söylədi.

Hücum zamanı öldürülənlər arasında Livanda yaşayan əcnəbilər də var idi. Ancaq qısa müddətdə bir çox dövlət öz vətəndaşlarını dəniz yolu ilə təxliyə etmişdir. Bu evakuasiyaların əksəriyyətində Türkiyə əhəmiyyətli bir rol oynamış, evakuasiya olunanları nəql etmiş və yerləşdirmişdir. Bunun əksinə olaraq isə İsrail avstraliyalıları daşıyan gəmilərə atəş açmışdır.

İsrail hava hücumları zamanı Birləşmiş Millətlər Təşkilatına məxsus olan bir təhlükəsiz bölgəni (bu bölgədə müharibədən canını qurtarmış insanlara müvəqqəti olaraq sığınacaq verilir və bu bölgələri heç bir dövlətin hərbi qüvvələri bombalaya bilməz) raketlər vasitəsi ilə məhv etdi və bu hücum nəticəsində Birləşmiş Millətlər Təşkilatının 4 silahsız işçisi həyatını itirdi. 25 iyulda reallaşan bu hücumdan sonra Birləşmiş Millətlər Təşkilatının baş katibi Kofi Annan İsrailin qəsdən bu hücumu həyata keçirdiyini desə də, İsrail bu iddianı rədd etmiş və hadisədən dərin kədər hissi keçirdiyini bəyan etmişdir. Hücuma baxmayaraq, Birləşmiş Millətlər Təşkilatı ABŞın öz veto haqqından istifadə etməsi ilə İsrailə qarşı "qınama" qərarı (yəni ki, bu hücuma görə İsrailə qarşı hər hansı bir cəza tədbiri) ala bilməmişdir.