Massikot

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Massikot
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
PbO[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d][2], tetraqonal[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Massikotmineral, β - PbO.

Massikot - rombik. Kristal­ları (süni) lövhəvari. Ayrılması {100} və {010} üzrə mükəmməl, {110} üzrə qeyri-mükəm­məl. Aqreqat: torpaqvari, pulcuqvari. Rəngi bozumtul-sarı, qırmızımtıl. Parıltısı yağlı, tutqunadək. Sərtliyi 2. Xüsusi çəkisi 9,56. Kristalları əyilgən, lakin elastik deyil. Oksidləşmə zonasında hötit, serussit, limonit, sürmə oksidləri ilə birgə.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.