Molibdenit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Molibdenit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
MoS₂
Strunz təsnifatı II/C.10[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Molibdenit – MoS2 — heksaqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Növ müxtəliflikləri

[redaktə | mənbəni redaktə et]

İordizit – dəmirli molibdenit.

Rəng – mavi çalarlı qurğuşunu-boz; Mineralın cizgisinin rəngi – parlaq mavi çalarlı boz; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,6-5; Sərtlik – 1; Nazik vərəqləri əyilgəndir, lakin elastik deyil; əllə toxunduqda yağlıdır; Ayrılma – {0001} üzrə tam mükəmməl; Başqa xassələr – zəif elektrikkeçiriciliyi qızdırıldıqda artır; elektrikkeçiriciliyi pinakoid üzrə c oxuna nisbətən 103 dəfə çoxdur; Morfologiya – kristallar: heksaqonal-lövhəvari, qısaprizmatik, çəlləkvari; İkiləşmə: nadir hallarda {0001} üzrə; Mineral aqreqatları: vərəqvarı, pulcuqlu, sıx, bəzən toz şəkilli ( iordizit ) kütlələr, püruzlar.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Tipik yüksək - və ortatemperaturlu hidrotermal mineraldır, turş püskürmə süxurlarla əlaqədardır. Ən böyük yığınları mis-porfir yataqlarında qeyd edilir. Bir sıra skarn tipli şeelit yataqlarında da geniş inkişaf etmişdir. Bəzən peqmatitlərdə, qreyzenlərdə və misli qumdaşlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: kvars, xalkopirit, bornit, volframit, şeelit, kassiterit, topaz, flüorit, apatit. Mineralın tapıldığı yerlər: Klaymaks (ABŞ); Sinovets, Krupka (Çexiya); Auerbax (Almaniya); Erdenet (Monqolustan); Qaraoba (Qazaxıstan); Tırnıauz (Rusiya); Qacaran (Ermənistan) və b. Azərbaycanda damar və porfir tipli bir sıra mis-molibden yataqları – Paraqaçay, Qapıcıq, Urumıs, Misdağ, Qoşqarçay, Teymuruçandağ və b. məlumdur.

Metallurgiyada yüksək keyfiyyətli polad növlərinin istehsalında geniş istifadə edilən molibdenin mühüm filizidir. Molibden habelə elektrotexnika, kimya və b. sənaye sahələrində tətbiq olunur. Molibdenitdən molibdenlə yanaşı renium da alınır.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]