Silvestr Stallone

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silvestr Stallone
ing. Sylvester Stallone
Doğum adı Sylvester Gardenzio Stallone
Doğum tarixi 6 iyul 1946(1946-07-06)[1][2][…] (78 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti kino aktyoru, kinorejissor, ssenarist, film prodüseri
Fəaliyyət illəri 1968-ci ildən
Təhsili
Boyu 1,77 m
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin zabit dərəcəsi
"Qızıl qlobus" mükafatı "Saturn" mükafatı "Sezar" mükafatı
IMDb ID0000216
İmzanın şəkli
sylvesterstallone.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Silvestr Qardensio Stallone (ing. Silvestr Stallone; 6 iyul 1946[1][2][…], Hells Kitçen[d], Manhetten, Nyu-York, Nyu-York ştatı, ABŞ[3]) — ABŞ aktyoru və filmmeykeri. Rokki və Rembo rollarının ifaçısıdır. O, 1977-ci ildə ekranlara çıxan "Rokki" filmindəki roluna görə "Oskar" mükafatına namizəd göstərilib. 2016-cı ildə ekranlaşdırılan "Krid" filmində Robert "Rokki" Balboa obrazını yenidən canlandırıb. Bu ifasına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb.

Silvestr Stallone 1946-cı il iyul ayının 6-sı ABŞ-nin Nyu-York ştatının Nyu-York şəhərində yerləşən Manhetten borosundakı Hells Kitçen məhəlləsində anadan olub. Onun atası ABŞ-yə köçmüş italiyalı immiqrant Frenk-Stallone-böyük (ing. Frank Stallone, Sr., 1919–2011[5]) bərbər vəzifəsində çalışmış, anası Jaklin Stallone (Jaklin Leybofiş) isə əslən Ukrayna yəhudisi olan astroloq, rəqqas və boks təbliğatçısı olmuşdur.[6] Anasının doğuşu ağır keçmiş və həkimlər yanlışlıqla Stallonenin sinirlərini zədələmişdir. Onun dodaqları, dili və çənəsi iflic olmuşdur. Öz sözlərinə əsasən uşaqlığı elə də xoşbəxt keçməyib. Üzü ilə baş vermiş problemlər sonradan onun bir növ vizit kartına çevrilmişdir Valideynləri həm Silvestrə həm də onun qardaşı Frank Stallone-kiçikə qarşı çox laqeyd idilər. Valideynləri 1957-ci ildə boşandıqdan sonra 11 yaşlı Silvestr öz atası ilə qaldı. Davranışla bağlı problemləri olduğu üçün tez-tez oxuduğu məktəblərdən xaric edilirdi. Onun qiymətləri olduqca pis idi və o tez-tez sinif yoldaşları tərəfindən ələ salınırdı.

Silvestr Stallone

Uşaqlıq illərində o öz fantaziyalarında özünü super qəhrəman kimi canlandırırdı. 15 yaşında Stallone Filadelfiyaya, anası və onun yeni ərinin yanına köçür. Bu vaxtlar o ağırlıq qaldırma ilə məşğul olur və emosional pozğunluqları olan uşaqlar üçün nəzərdə tutulmuş "Deveraux High School" məktəbində təhsil alır. Burada o həmçinin qılınc oynatma, futbol və disk atma kimi idman növləri ilə məşğul olur və məktəb pyeslərində rol alır. Məktəbi bitirdikdən sonra Stallone İsveçrənin Amerika kollecində atletik təqaüdü qazanır. Burada o qızların atletika üzrə məşqçisi olur və məktəb tərəfindən təşkil edilən Artur Millerin "Satıcının ölümü" adlı əsərində baş rolda çıxış edir. ABŞ-yə qayıtdıqdan sonra, Mayami Universitetində təhsil almış və 1969-cu ildə Nyu-Yorka köç etmişdir.

İlk öncələr Stallone bir sıra aşağı səviyyəli teatrlarda rollar qazanırdı. Gənc yaşlarında hətta bir sıra yumşaq pornofilmlərdə də çəkilmişdi. 1971-ci ildə Stallone Vudi Allenin "Bananas" filmində rol alır. Amma 1971-ci ildə ona müraciət etdiyi "Xaç atası" filmində rol vermirlər. 1973-cü ildə "No Place to Hide" filmində baş rola çəkilir. 1974-cü ildə aktrisa Saşa Çak ilə ailə həyatı qurur və Kaliforniyaya köçür. 1974-cü ildə "The Lords of Flatbush" filmində rol alaraq uğur qazanır. "Rokki" filmi üçün yazdığı ssenari dərhal aparıcı film studiyalarının fikrini cəlb edir. 1976-cı ildə çəkilmiş "Rokki" filmi bir neçə kateqoriyada Oskar mükafatına layiq görülür.

Stallone artıq Hollivudun "A" kateqoriyalı aktyorları arasına düşmüşdü. O 4 ədəd əlavə "Rokki", "Rembo" və "F.I.S.T." filmlərinin ssenarilərini qələmə almış və onlarda çəkilmişdi. Rejissor debütünü isə "Paradise Alley" adlı əsəri ilə etmişdi. Bundan başqa o, başqa rejissorlar tərəfindən çəkilən "Demolition Man", "Hakim Dredd" və "Cop Land" filmlərində rol almış və hətta yaşlanmış şerifi təsvir etmək üçün 30 fut kökəlmişdi. Stallonenin "Stop! Or My Mom Will Shoot" və "Oscar" kimi filmləri uğurluluq və gəlirlilik cəhətdən müvəfəqiyyətsiz olublar. 1998-ci ildə baş qəhrəmanlarından birini səsləndirdiyi "Antz" cizgi filmi olduqca böyük uğur qazanır.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Silvestr Stallone üç dəfə ailə həyatı qurub. Onun ilk evliliyindən iki oğlu, üçüncü evliliyindən isə üç qızı dünyaya gəlib. İlk həyat yoldaşı olan Saşadan iki oğlu Sage və Seargeoh doğulub. 1979-cu il təvəllüdlü oğlu Searhgeoh-ə autizm diaqnozu qoyulmuşdur. 1985-ci ildə Stallone Saşa ilə boşanır və Brigitt Nilsenlə ailə həyatı qurur. Bu evlilik 1987-ci ilə qədər davam edir.

1997-ci ildə isə Ceniffer Flavinlə ailə həyatı qurur və cütlüyün üç qızı dünyaya göz açır.

Stallonenin oğlu Sage Moonblood Stallone 2012-ci ildə 36 yaşında olarkən ürək xəstəliyindən vəfat etmişdir.

Çəkildiyi filmlər

[redaktə | mənbəni redaktə et]
İl Film Rol Qeydlər
1970 Kitti və Stad ətrafında şənlik Stud
1970 Lovers and Other Strangers Extra
1970 No Place to Hide Jerry Savage
1971 Klute Extra/Man dancing in club
1971 Bananas Subway Thug #1
1974 The Lords of Flatbush Stanley Rosiello Writer (additional dialogue)
1975 Farewell, My Lovely Jonnie
1975 Death Race 2000 Machine Gun Joe Viterbo
1975 Capone Frank Nitti
1975 The Prisoner of Second Avenue Youth in Park
1975 Police Story Caddo TV guest star
1975 Kojak Detective Rick Daly TV guest star
1976 Rokki Rokki Balboa Writer
1976 Cannonball Mafioso Cameo
1978 Paradise Alley Cosmo Carboni Director and Writer
1978 F.I.S.T. Johnny D. Kovak Writer
1979 Rokki 2 Rokki Balboa Director and Writer
1981 Escape to Victory Captain Robert Hatch a.k.a. Victory
1981 Nighthawks Det. Sgt. Deke DaSilva
1982 İlk qan Con Rembo Writer
1982 Rokki 3 Rokki Balboa Director and Writer
1983 Staying Alive Man on Street (Cameo) Director, Producer and Writer
1984 Rhinestone Nick Martinelli Writer
1985 Rokki 4 Rokki Balboa Director and Writer
1985 Rembo 2 Con Rembo Writer
1986 Kobra Lieutenant Marion 'Cobra' Cobretti Writer
1987 Var gücü ilə Lincoln Hawk Writer
1988 Rembo 3 Con Rembo Writer
1989 Tanqo və Keş Raymond 'Ray' Tango
1989 Lock Up Frank Leone
1990 Rokki 5 Rokki Balboa Writer
1991 Oskar Angelo 'Snaps' Provolone
1992 Dayan! Yoxsa anam atəş açacaq Sgt. Joe Bomowski
1993 Demolition Man Con Spartan
1993 Qayayadırmaşan Qeyb Uolker Writer
1994 Mütəxəssis Ray Quick
1995 Muzdlu qatillər Robert Rath
1995 Hakim Dredd Judge Joseph Dredd
1996 Gün işığı Kit Latura
1997 Cop Land Sheriff Freddy Heflin
1997 The Good Life Boss not released
1998 An Alan Smithee Film: Burn Hollywood Burn Himself Cameo
1998 Qarışqa Zed Weaver Voice Acting
2000 Get Carter Jack Carter
2001 Driven Joe Tanto Writer
2002 D-Tox FBI Agent Jake Malloy (released on DVD as Eye See You)
2002 Avenging Angelo Frankie Delano
2003 Taksi 3 Le premier passager Cameo
2003 Spy Kids 3-D: Game Over The Toymaker
2004 Shade Dean 'The Dean' Stevens
2005 Las Vegas Frenk TV guest star (2 episodes)
2005 The Contender Presenter TV show
2006 Rokki Balboa Rokki Balboa Director and Writer
2008 Rembo 4 Con Rembo Director and Writer
2009 Kambakth Ishq As Himself Bollivud filmi
2010 Qabağıalınmazlar Barney Ross Director and Writer
2012 Qabağıalınmazlar 2 Barney Ross Director and Writer
2013 Qaçış planı Rey Breslin
2014 Qabağıalınmazlar 3 Barney Ross Director and Writer
2014 Reach Me Chief Gerald Cavallo
2015 Krid Robert "Rocky" Balboa
2016 Ratchet & Clank Lieutenant Victor Von Ion Səsləndirmə
2017 Qalaktika mühafizəçiləri 2 Stakar Ogord
2017 Animal Crackers Bulletman Səsləndirmə
2018 Escape Plan 2: Hades Ray Breslin
2018 Creed II Robert "Rocky" Balboa
2018 Backtrace Detective Sykes
2019 Escape Plan: The Extractors Ray Breslin
2019 Rallying Cry Jasper Reese
2019 Rambo: Last Blood John J. Rambo
2019 One Night: Joshua vs. Ruiz Özü Sənədli film
2021 The Suicide Squad Nanaue / King Shark Səsləndirmə
2021 The Making of 'Rocky vs. Drago' Özü Sənədli film
2022 Samaritan Joe Smith / Samaritan / Nemesis
2022 MVP
2023 Creed III
2023 Qalaktika mühafizəçiləri 3 Stakar Ogord
2023 Expend4ables Barney Ross
2024 Armored Məlum deyil
2025 Levon's Trade Məlum deyil
2025 Alarum Chester
  1. 1 2 Sylvester Stallone // Internet Broadway Database (ing.). 2000.
  2. 1 2 Sylvester Stallone // filmportal.de. 2005.
  3. 1 2 https://www.theguardian.com/film/2016/feb/24/sylvester-stallone-profile-creed-rocky.
  4. 1 2 http://sports.yahoo.com/mlb/blog/big_league_stew/post/Rinku-and-Dinesh-go-Hollywood-with-Sylvester-Sta?urn=mlb-259628.
  5. "В Америке скончался отец Сильвестра Сталлоне — Новые Известия". 2012-09-15 tarixində 011-07-13/147736-v-amerike-skonchalsja-otec-silvestra-stallone.html orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: 2020-09-17.
  6. "Украинская кровь западных звезд: девушка Бонда — бердянская вампирша, а отец Сталлоне родился в семье циркача". 2012-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]