Tarantella

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Anton Romako. Tarantellanın oynayanlar

İtalyan xalq rəqsi-gitara, tambura və kastanet ilə müşayət olunur. Musiqi ölçüsü-6/8,3/8.

Tarantellanın tarixi ilə bağlı çoxlu əfsanələr var. XV əsrdən başlayaraq ikiyüzillik tarixdə tarantella “tarantizm”-tarantula hörümçəyinin dişləməsi nəticəsində yaranmış dəlilik xəstəliyinin yeganə müalicəsi sayılırdı. Bu həmçinin, İtaliyanın cənub şəhəri Tarantonun adı ilə bağlıdır.

Mənşəyi orta əsrlərdə əzələ qicolmalarında və başqa epidemiyalar nəticəsində müqəddəs Vitta və müqəddəs İoan rəqsləri adı ilə İtalyada məşhur olan tarantella rəqsidir. Bununla əlaqədar XV1 əsrdə İtalyada xüsusi gəzən orkestrlər yaradilmişdı ki, bu orkestrlərin müşayəti altinda tarantizmdən əziyyət çəkən xəstələr rəqs edirdilər. Adətən,tarantella musiqisi improvizə olunaraq ifa edilirdi. Tarantellanin əsasını hansısa hava və ya ritmik fiqur təşkil edirdi, bu hərəkətlərin dönə-dönə təkrarlanması tamaşaçılara və rəqs edənlərə ovsunlayıcı, gipnotik təsir bağışlayırdı.

Tarantellanın xoreoqrafiyası ekstaz halına çatmağ, rəqsdən cuşa gəlməklə fərqlənirdi. Fədakar rəqqaslarların rəqsi saatlarla davam edə bilərdi. Müşayəti fleyta, kastanet, dəf və başqa zərb alətləri ilə edirdilər.

Balet səhnəsində tarantella Kazimir Jidin “Tarantul” baleti (1839) sayəsində populyarlıq qazandı.

Balet Paris operasında məxsusi olaraq Fanni Elsler üçün təşkil olunmusdu. 1964-cü ildə məşhur Qotşalkın tarantella musiqisinə xoreoqraf Corc Balanç məharətlə pa-de-de baletini tamaşaya qoymuşdu.