Telnet

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Telnet (uzaq məsafəyə müraciət) – ciddi mətn sistemidir. Onun köməyi ilə şəbəkəyə birləşdirilmiş istənilən kompüterə daxil olmaq olar. Telnet e-mail, FTP, Usenetə nisbətən çox da tanınmayıb və geniş yayılmayıb. Həmçinin, bir kompüterdən başqa bir kompüteri terminal kimi istifadə etmək üçün protokol (və ona uyğun proqram). Yalnız mətn rejimini dəstəkləyir. UNIX sistemlərinə uzaqdan daxil olmaq üçün Telnet geniş istifadə olunur. Ondan istifadə etmək üçün komanda sətrindən telnet və ya tn komandasını vermək, yaxud brauzerin ünvan zolağında telnet:abc.xyz.com kimi ünvan daxil etmək lazımdır.

Bir çox kompüterlər internetə qoşula bilmirlər. Eləcə də IBM universal kompüterləri digər kompüterlərin dilində "danışa" bilmirlər. Bu zaman Telnet qovşağından istifadə olunur. Telnet qovşağı siyahısına minlərlə elektron lövhə elanları və eləcə də geniş yayılmış pulsuz şəbəkələr aiddir. Telnet xidmət növü internetə qoşulmuş ixtiyari kompüterə uzaq məsafədən qoşulmanı təmin edir. Bu cür qoşulma uzaq məsafədə yerləşən kompüterin informasiya bazasından istifadə etməyə imkan verir. Bu xidmət növündən kompüterləşmiş kitabxanaların biblioqrafik verilənlər bazasından birgə istifadə etmək üçün, uzaq məsafədə yerləşən müxtəlif adamların eyni layihə üzərində işləməsini təmin etmək üçün istifadə edirlər. Telekonfranslara göndərilən məlumatlar xəbərlər serverinə daxil olur və qısa müddətdə geniş yayılır. Belə ki, hər hansı telekonfrans serveri digər telekonfrans serveri ilə, o isə öz növbəsində bir neçəsilə əlaqəli olur. İstifadəçinin göndərdiyi bütün məlumatlar avtomatik olaraq telekonfrans serveri ilə əlaqəli olan digər serverlərə ötürülür və beləliklə, internetin bütün istifadəçiləri üçün onların oxunması mümkün olur. Serverlər arasında məlumatların yayılması xüsusi şəbəkə protokolu — NNTP (Net News Transport Protocol) protokolu üzrə həyata keçirilir.

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.