Yekaterina Pavlovna

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yekaterina Pavlovna
Екатерина Павловна
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Böyük Yekaterina sarayı, Sankt Peterburq, Rusiya imperiyası
Vəfat tarixi (30 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Fəaliyyəti monarx
Atası I Pavel
Anası Mariya Feodorovna
Həyat yoldaşı Pyotr Frederik
I Uilyam
Uşağı 4 uşaq
Dini Rus Pravoslav Kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yekaterina Pavlovna (RuscaЕкатерина Павловна) (d. 10 may 1788 - ö. 9 yanvar 1819) — Rusiya imperatoru I Pavelin və Mariya Feodorovnanın dördüncü qızıdır.[2][3][4]

Yekaterina Pavlovna, I Pavelin 4-cu qızı olaraq 1788-ci ildə Çarski Selo sarayında anadan oldu. O, nənəsi Böyük Yekaterinanın adını daşıyırdı. Həyat dolu və gözəl olaraq təsvir edilən Yekaterinanın xoşbəxt uşaqlığı olub və təhsili anasının xüsusi diqqəti ilə izlənirdi. Bu səbəbdən Yekaterina yaxşı təhsil almışdı və ədəbi kitablar oxuyub, müxtəlif məşhur insanlarla tanış olmaqla daha da irəliləyirdi. Ailəsində əsasən Katya olaraq çağırılan Yekaterinanın qardaş və bacıları ilə, əsasəndə çar Aleksandrla əlaqəsi yaxşı idi. O həyatının sonuna kimi ən səmimi əlaqələrini onunla saxlamışdı. Onun Aleksanderin ən sevimli bacısı və şərtsiz Aleksandrın həyatındakı ən dəyərli insanlardan biri olduğu deyilirdi. Onun Yekaterinaya yazdığı məktublarda "Mən səninəm, qəlbim və ruhum, ömrümün sonuna kimi", "Düşünürəm ki səni hər keçən gün daha da çox sevirəm", "səni məndən daha çox sevmək imkansızdır" kimi cümlələrə rast gəlinir. Pavel və Mariyanın arasında Yekaterinanın doğumundan sonra konfliktlər mövcud olsa da, o daha sonra anasının ən sevimli qızına çevrilir.

Birinci evliliyi

[redaktə | mənbəni redaktə et]

Napoleon müharibələri hələ davam edərkən, uşağı olmayan Napoleon istəkli ancaq qoca həyatı yoldaşı Jozefina Boharnedən boşanıb kral ailələrindən birinin üzvü ilə evlənmək,bununla da taxta daha layiqli şahzadə istəyirdi. Boşanma 1810-da olmasa da, Napoleon yeni həyat yoldaşı axtarışında idi. Daha sonra o Yekaterina ilə evlənmək qərarına gəldi — bu yolla Rusiya ilə əlaqələri gücləndirmək də mümkün idi. Məsələ 1808-ci ildə Talleyrandın başcılığı altında Erfurtda, fransızlar və ruslar arasında baş verən iclasda elan edildi. Dul qalan imperatriçə Mariya Feodorovna qızını öz bacısı oğlu Oldenburq hersoqu Corcla evləndirməyi qərara aldı. Bununla da Yekaterina özündən təxmini 20 yaş böyük Napoleonla evlənməyəcəkdi.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Çarlz Fridrix
 
 
 
 
 
 
 
III Pyotr
 
 
 
 
 
 
 
 
 
 
 
Anna Petrovna
 
 
 
 
 
 
 
Rus çarı I Pavel
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kristian Avqust
 
 
 
 
 
 
 
II Yekaterina
 
 
 
 
 
 
 
 
 
 
 
Yohanna Elizavet
 
 
 
 
 
 
 
Yekaterina Pavlovna
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Çarlz Aleksander (Vürttemberq hersoqu)
 
 
 
 
 
 
 
II Fridrix Yevgeni
 
 
 
 
 
 
 
 
 
 
 
Mariya Avqusta
 
 
 
 
 
 
 
Mariya Feodorovna
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Fridrix Uilyam (Brandenburq-Şvedts markqrafı)
 
 
 
 
 
 
 
Frederika Doroteya
 
 
 
 
 
 
 
 
 
 
 
Prussiya şəhzadəsi Sofiya Doroteya
 
 
 
 
 
 
  1. Deutsche Nationalbibliothek Record #118560603 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Arturo Beeche. The Grand Duchesses
  3. Detlef Jena. Katharina Pawlowna. Großfürstin von Russland - Königin von Württemberg
  4. W. Bruce Lincoln. The Romanovs: Autocrats of All the Russians