Borc
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Adam kasıblayanda köhnə borclarını və uzaq qohumlarını xatırlayır. Kürd atalar sözləri
- Ata-ananın borcu övladlarına, hər şeydən əvvəl, vicdanlı olmağı öyrətməkdir. Nəsirəddin Tusi
B[redaktə]
- Borc alırsan, deməli ümid verirsən. Amxar atalar sözləri
- Borc bacadan girər, sonra o qədər böyüyər ki, heç qapıdan da çıxa bilməz. Gürcü atalar sözləri
- Borc verən borclunun sağlığını istər, borc alan - onun naxoşluğunu. Teluqu atalar sözləri
- Borcdan yox, aclıqdan ölürlər. Fin atalar sözləri
- Borclardan və vəzifələrdən qaçmaq və üstəlik hüquqlar tələb etmək insanlıqdan kənardır. Fyodor Dostoyevski
- Borcu vermək olur, amma yaxşılığı ölənə kimi unutmaq olmur. İndoneziya atalar sözləri
- Borcun köhnəsi də həmişə təzədir. Fin atalar sözləri
- Böyük borclar insanları dəyər bilməyə deyil, kin saxlamağa yönəldər. Fridrix Nitsşe
D[redaktə]
- Dünyanın sizə sanki borcu var kimi fikirlər düşünməyin, o sizdən əvvəl movcüd olmuşdur və sizə heç nə verə bilməz. Mark Tven
F[redaktə]
- Fəqirə yardım edən kəs sanki Allaha bir borc verir. Alfred De Viqni
K[redaktə]
- Kiçik borc borclu edir, böyük borc düşmən. Latın atalar sözləri
Q[redaktə]
- Qılıncı evdə saxlama, borcu çox sonraya. Başqırd atalar sözləri
- Qonşu ilə mehriban davranmaq istəyirsənsə - ondan borc alma. Ləzgi atalar sözləri
Ö[redaktə]
- Ödənmiş borc unudular. Fin atalar sözləri
P[redaktə]
- Pulun dəyərini öyrənmək istəsəniz, borc almağa çalışın. Bencamin Franklin
V[redaktə]
- Vətənə olan borcunuzu qaytarmaq üçün hər şeyinizi fəda etməyə borclu olduğunuzu heç vaxt unutmayın. [1]
İstinadlar[redaktə]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.496